Blog Details: Left

Daha ağ dişlərə sahib olmaq bugünkü həyatımızda əhəmiyyətli hesab ounur. Bəyaz dişlər danışma və gülümsəmə şəklimizə təsir edərək, güvən qazandırır.
Bu baxımdan dişlərə qulluq şəxsi gigiyenanın ayrılmaz tərkib hissəsidir. Ev şəraitində dişləri bəyazlaşdırmaq üçün hidrogen peroksid kimi dişləri bəyazlaşdıran məhsullardan istifadə etmək olar. Bundan istifadə edərkən bir pambıq parçasını hidrogen peroksidə batırmaq, daha sonra bununla öndən və içdən dişləri ovalamaq lazımdır.

İçkilərdən çay, dişlərin rənginə güclü təsir edir. Çay nə qədər çox dəm alıb oksidləşsə, onun boyayıcı xüsusiyyətləri bir o qədər yüksək olur.

Məlumata görə Kanadanın Alberta Universiteti nəzdində stomatologiya məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, süd qatılmış çay bu içkinin dişlərin rəngini dəyişmək xüsusiyyətini zəiflədir.

Kazein (südün tərkibindəki əsas zülal) çayın boyama xassələrinin böyük hissəsinə cavab verən dubil maddələri əlaqələndirir və dişlərin rəng almasının qarşısını alır. Plombalı, kariyes əlaməti, yaxud aşkar çat və qopuq yerləri olan dişləri istisna ediblər.

Məlumatda oda bildirilir ki, eksperiment zamanı dişlər 24 saat müddətinə 37˚C temperaturda adi çay və südlü çay məhlullarının içinə qoyulub.
Sonra yenə də rəngləri qeydə alınıb. Nəticələr göstərib ki, südün tərkibindəki kazein çayın boyama xüsusiyyətini zəiflədib.