Blog Details: Left

Dişlərin müalicəsi daha ağrısız olacaq.

San-Paulu (Braziliya) Universisteti alimləri dişlərin ağrısızlaşdırılması üçün yeni metodika hazırlayıblar. Onlar ağrısızlaşdıran inyeksiyaların əvəzinə ionoforezin istifadəsini təklif edirlər.

İonoforez zamanı elektrik cərəyan istifadə olunur və onun təsirindən anestetik maddə lazım olan nahiyəyə yeridilir. Pasiyent heç bir ağrı və narahatçılıq hiss etmir.

Yeni metodika heyvanların üzərində test olunub və çox yaxşı nəticələr verib. İnyeksiya ilə müqayisədə ionoforez daha güclü ağrısızlaşdırıcı effekt verir və daha təhlükəsizdir.

Alimlərin fikirinə görə, yeni üsul yalnız stomatologiyada deyil, tibbin digər sahələrində də uğurla istifadə oluna bilər.