Blog Details: Left

Günümüzdə diş ləkələri ictimai görünüş baxımından insanları narahat edən vacib problemlərdən biri sayılır. Dişlərin mina təbəqəsində qida artıqlarından və zərərli vərdişlərdən (siqaret və alkoqol) yaranan həmin ləkələr qida qəbuluna diqqət göstərdikdə və müalicə edildikdə asanlıqla təmizlənir. Dişlərdə ləkələnmələrə səbəb olan qidaları sıralayan həkimlər diş baxımına diqqət göstərənlərin siqaretdən və hazır qidalardan uzaq olmasını məsləhət görür.

Diş ləkəsi, adamın diş fırçalaması ilə yaxından əlaqəli olan bir mövzudur. Dişlərdəki sarımtıl ləkələr dişlərə yaxşı qulluq edilməməsinin göstəricisidir.
Əgər adam çoxlu çay və qəhvə içirsə, siqaret çəkirsə, spirtli içkilərdən istifadə edirsə və dişlərini fırçalamırsa dişlərin üzərində ləkələr meydana gəlir.
Yaranan ləkələr diş minasının pozulmasından, diş üzərindəki cızıqlardan, ağız təmizliyinə səhlənkar yanaşmaqdan belə yaranır. Diş ləkələrinin səbəblərinə yaş həddi, dişlərin təbii rəngi (başlanğıc rəng), genetik xüsusiyyətlər (şəffaflıq və s.), qidalanma vərdişləri, kimyəvi dərmanlar, diş qıcırdatma və zədələr də aid edilir.
Enerji içkiləri və hazır qidalarda olan qida boyaları da diş ləkələrinə səbəb olur.

Bunun üçün diş təmizləmə prosedurları gözlənilməli, dişlər vaxtında və düzgün fırçalanmalıdır. Diş təmizliyi edilmədikdə, dişlərin ətrafında bakteriyalar və yemək artıqlarından ibarət yapışqanlı və rəngsiz bir bakteriya təbəqəsi olur. Buda dişlərə yapışaraq zaman içində dişləri saraldır. Bakteriya təbəqəsinə qarşı təsirli bir ağız qarqarası, gündəlik edilən ağız təmizliyi yaxşı təsir göstərir.

Günümüzdə diş estetikasına müraciət edən insanların bir qismi daha parlaq dişlərə sahibi olmaq istəyir. Lakin, diş parladan vasitələrdən düzgün istifadə etmədikdə diş səthində saralmalar yaranır. Bu baxımdan diş estetikasının fundamental müalicəsində xüsusi aparatlardan istifadə etməklə səthdəki ləkələri uzaqlaşdırılmaq və diş daşlarını təmizləmək mümkündür. Əgər dişin rəngi narahatlıq yaradırsa bəzi köməkçi materiallarla rəngi açmaq, dişləri ağartmaq olur. Əsas gigiyena vasitələrindən istifadə etməklə dişləri gündə ən azı 2-3 dəfə təmizləmək zəruridir. Lakin dişləri təmizlədikdə karbonat, duz və ya cilalama tozlarından istifadə etmək məsləhət deyil.