Blog Details: Left

Stomotoloji problemlərdən sayılan diş əti xəstəliklərinə sistemik xəstəliklər, genetik faktorlar, dərman istifadəsi, zərərli vərdişlər, hormonal dəyişikliklər, stress, diş sıxma və gıcırdatma kimi pis vərdişlər təsir göstərir. Bu baxımdan sağlamlıq və gözəl həyat üçün sağlamlıq prosedurlarını bilmək və balans saxlamaq önəmlidir. Dişlər təbii tarazlıqda olduqda belə sağlam, bəyaz və parlaq olur. Gündəlik olaraq yemək, içmək, sigaret çəkmək dişlərin təbii tarazlığını poza bilər. Əgər dişlərin təmizlənməsi zamanı diş əti qanayırsa bu bakterial tarazlığın pozulmasına bir işarədir və artıq ağız boşluğu sağlamlığının pozulması deməkdir.

Ərp azaldıcı aktiv tərkibli və büzücü (astringent) təsirə malik olan stamatoloji məhsullar diş ətini möhkəmləndirir. Xüsusilə incə və yumşaq fırça tükcüklər diş ətinə olan əlavə zərərin qarşısını alaraq, dişlə diş ətinin sərhədlərində, daxil olması çətin olan diş sahələrində bakterial ərpin aradan qaldırılmasına kömək edir.
İlk simptomların bilindiyi erkən mərhələdə dərhal və düzgün təmizlənilsə itihablı diş əti adətən qısa müddət ərzində bərpa olunur.

Sağlam diş əti möhkəm və çəhrayı rəngdə olur, hətta zərif sıxdıqda belə qanamır.

İltihablı diş əti ağrı vermir. Adətən insanlar diş ətinin necə pis vəziyyətdə olduğunu bilmirlər. Düşünürlər ki, "diş fırçalamada bir az qan çıxması normal haldır."

Diş əti xəstəlikləri karies kimi geniş yayılmışdır. Beləliklə, bakteriya yumşaq toxumalara hücum edir və onların daha da geri çəkilməsinə səbəb olur.
Diş əti infeksiyasının müalicə edilməməsinin uzun müddətli nəticəsi kimi çənə sümüyü zədələnir və dişlər düşür.

Diş ətinin qanaması və toxumanın qırmızı rəngi zamanı dərhal reaksiya vermək lazımdır: yumşaq diş fırçası ilə təmizləmə və diş arası sahələrin təmizlənilməsi diş ətini daha tez bərpa edir. Asan anti-bakterial ağız yaxalayıcısı və bərpaedici diş məcunu da kömək edir.

Stomatoloqlar, gigiyenist və diş həkimləri, profilaktik həkim tərəfindən peşəkar diş təmizliyi də bərpaya kömək edir.